Logo
Logo
İnstitusional
Akademik
Tələbə
DilAzerbaycanca
AZ
Hasvet Beynəlxalq Heyvan Xəstəxanası

Hasvet Beynəlxalq Heyvan Xəstəxanası

AkademikHasvet Beynəlxalq Heyvan Xəstəxanası

Hasvet Beynəlxalq Heyvan Xəstəxanası

Hasvet Beynəlxalq Heyvan Xəstəxanası

Bakı şəhərinin mərkəzində, 600 kvadrat metrlik sahəsi ilə fəaliyyət göstərən Hasvet Bakı Beynəlxalq Heyvan Xəstəxanası, qoruyucu baytarlıq, daxili xəstəliklər, cərrahiyyə, doğuş və ginekologiya, fizioterapiya və reabilitasiya, laboratoriya, tomoqrafiya və görüntüləmə, təcili yardım və intensiv terapiya, aptek, stasionar, grooming və zoomağaza xidmətləri təqdim edir.

Təcrübəli baytar həkimlərimiz və ixtisaslaşmış komandamızla ev heyvanlarımıza ən yüksək səviyyədə xidmət göstəririk. Hasvet Akademiya bölməmizdən aldığımız dəstək sayəsində heyvan sağlamlığı sahəsində ən son ədəbiyyatı və yenilikləri izləyərək peşəkarlığımızı davamlı olaraq yeniləyirik.

Tam avadanlıqlı Türk Baytarlıq Xəstəxanamızda; Hemogram, biokimya, qan analizi, hormon analizi, sidik analizi, tomoqrafiya, rentgen, ultrasəs, Eko, EKG, fizioterapiya, endoskopiya, bronkoskopiya və insan tibbi səviyyəsində digər bir çox imkanlarla dəyərli dostlarımıza layiq olduqları müasir texnologiyanı fəxr hissi ilə Bakı ilə bölüşürük.

Hasvet Medikalın distribüterlərindən aldığımız güclə müasir tibbi texnologiyanı xəstələrimizlə bir araya gətirərək diaqnostika və müalicə proseslərini sürətləndiririk. Ev heyvanlarımıza ən yaxşı xidməti göstərmək üçün texnologiyanı davamlı yeniləyirik.

Hər bir ev heyvanımız bizim üçün dəyərlidir. Müalicələrimizi, baxımımızı və ünsiyyətimizi ev heyvanlarının növ və cinsinə uyğun fərdi şəkildə təşkil edirik.

Komandamız

Hasvet Bakı Beynəlxalq Heyvan Xəstəxanası olaraq 14 baytar həkim, 6 texnik və 5 daxili xidmət personalından ibarət komandamız qiymətli dostlarımıza layiq olduqları diqqəti göstərməyə hazırdır. Komandamız, ev heyvanlarına olan sevgisi və sahəsində ixtisaslaşmış bilik və təcrübəsi ilə tanınan mütəxəssislərdən təşkil olunmuşdur.

“Primum non nocere, secundum cavere, tertium sanare!” (Əvvəl zərər vermə, sonra ehtiyatlı ol, nəhayət sağalt!) prinsipi ilə fəaliyyət göstərən həkimlərimiz doğru diaqnoz və müalicənin həkim, xəstə və xəstə yaxınlarının güclü əməkdaşlığı ilə mümkün olduğunu bilir, yanaşmalarını buna uyğun planlayaraq, canlarımızın bütün ehtiyaclarını komanda ruhu ilə qarşılamağı vadar edir.

Tez-tez təşkil etdiyimiz peşəkar təlim seminarları vasitəsilə yalnız ev heyvanlarımız üçün deyil, qardaş ölkə olan  Azərbaycanın daxilində də sektoral inkişafı hədəfləyirik.

Kökümüzdəki güc: HASVET MEDİKAL Anonim Şirkəti

2009-cu ildə Türkiyədə baytar həkimlər tərəfindən yaradılmış heyvan sağlamlığı sektorunun lider və innovativ şirkəti olan Hasvet Medikal Anonim Şirkəti; E-vet Yazılım, Pi Farma, FDN İlaç, Safir, TravmaVet, Vindino, Vet-MİM, RATEM, Hasvet Akademi, VetTalks və Fi Petfood bölmələri vasitəsilə sektorun bütün ehtiyaclarına uyğun xidmət və həllər təqdim edir, dünya səviyyəsində bənzərsiz bir sağlamlıq ekosistemi yaradaraq bir çox ölkədə fəaliyyət göstərir.

Heyvan sağlamlığı sahəsində ilkin və uzunmüddətli təcrübəyə sahib olan Hasvet Medikal Anonim Şirkəti qardaş ölkə Azərbaycan üçün bu vəzifəni borc bilir və bütün imkanlarını səfərbər edərək, baytarlıq sahəsində dünya standartlarında xidmət göstərmək və ev heyvanlarının sağlam həyat yaşamağını təmin etmək məqsədilə 2023-cü ildə Hasvet Bakı Beynəlxalq Heyvan Xəstəxanasını  ekosisteminə daxil etmişdir.