Logo
Logo
İnstitusional
Akademik
Tələbə
DilAzerbaycanca
AZ
HASVET

HASVET

HASVET

HASVET

Hasvet Anonim Şirkətinin Vizyonu

Baytar həkimlərin peşəkar inkişafına töhfə verməklə, ölkəmizdə heyvan rifahını artırmaq və ölkə heyvandarlığını dünya miqyasında lider mövqeyə çatdırmaq üçün çalışmaqdır.

 

Hasvet Anonim Şirkətinin Missiyası

Türkiyədə və dünyanın müxtəlif sahələrində çalışan baytar həkimlərin ehtiyaclarını qarşılayan, ictimai sağlamlığa və heyvan sağlamlığına xidmət edən, innovativ, yüksək keyfiyyətli, istifadəsi asan və aşağı sərfiyyat xərclərinə malik məhsullar istehsal etmək, təmin etmək, son istehlakçıya çatdırmaq və bu məhsullara yüksək səviyyəli texniki dəstək göstərməkdir.

Hasvet Anonim Şirkətinin Qəbul Etdiyi Dəyərlər

Hasvet Medikal olaraq bizi digər firmalardan fərqləndirən əsas xüsusiyyət  bu sahənin içindən gələn bir qurum olmağımız və baytarlıq ixtisasına olan mənəvi borcumuzdur.

Əgər klinikada çalışan həmkarımız bu borcu düzgün diaqnozu ən qısa zamanda qoyaraq ödəyirsə, biz də bir medikal şirkət olaraq dünya səviyyəsində tanınmış firmaların məhsullarını klinikaların bir hissəsinə çevirərək bu borcu yerinə yetiririk.

Bu sahəyə başladıqdan sonra öyrəndik ki, biz sadə mənada fabrikanı klinika ilə birləşdirən bir vasitəçi  “daşıyıcı”  rolu oynayırıq.

Lakin bu fabrikadan Münihə də, Tokiyoya da, Nyu-Yorka da cihaz göndərilməlidir.

Yəni dünya markası daşımayan bir cihaz, bizim həmkarımızın klinikasında da yer almamalıdır.

Bu sahəyə girdikdən sonra anladıq ki, satış prosesi məhsulun təhvil verilməsi ilə tamamlanan deyil, əksinə başlanan bir prosesdir.

Bu sahəyə girdikdən sonra başa düşdük ki, bir firmanın  cihazı nasazlananda həmkarımızın ağlından ilk 10-15 saniyədə keçən düşüncə:Ya narahatlıq, ya da etimad olur.Bu işi görməyə başladıqdan sonra öyrəndik ki, xidmətimiz yalnız həkim həmkarlarımıza deyil, onların xidmət göstərdiyi hər bir canlıya yönəlib.

Bilirik ki, həmkarımızın qoyduğu hər düzgün diaqnozda və həyata keçirdiyi hər uğurlu müalicədə bizim də payımız vardır.

Və bu sahəyə girdikdən sonra öyrəndik ki, şirkətlər də insanlar kimidir; dəyərləri ilə yaşayanlar və heç bir dəyəri olmayanlar...

Hasvet sadəcə bir medikal firma deyil, bundan çox daha artığıdır.

Tam bir ekosistemdir.

Daha ətraflı tanımaq və geniş məlumat almaq üçün:

 https://www.hasvet.com.tr/