Histologiya və Embriologiya
Baytarlıq histologiya və embriologiya bölməsi heyvan orqanizmlərinin mikroskopik quruluşunu və inkişaf proseslərini araşdıran əsas elm sahəsidir. Bu fəndə hüceyrələrin və toxumaların mikroskopik xüsusiyyətləri, eləcə də orqanların histoloji quruluşu müxtəlif növlər arasında müqayisəli şəkildə öyrədilir. Eyni zamanda, embriologiya çərçivəsində mayalanmadan doğuma qədər olan dövrdə canlıların inkişafı, toxuma və orqanların formalaşması ətraflı şəkildə təhlil olunur.
Histologiya tələbələrə hüceyrə və toxuma quruluşlarını mikroskop altında araşdırmağa imkanı verir və bu, sağlam toxumalarla xəstə toxumalar arasındakı əsas fərqi göstərir.
Embriologiya isə orqanogenez, fetal inkişaf və doğumqabağı dövrlə bağlı əsas bilikləri təqdim etməklə doğum və ginekologiya kimi klinik sahələr üçün zəmin yaradır.
Tədris prosesi nəzəri dərslərlə yanaşı mikroskopik müşahidələr, hazır preparatlarla aparılan təcrübələr və inkişaf sxemlərinin təhlili ilə yerinə yetirilir.
Histologiya və embriologiya bilikləri, xüsusilə patalogiya, anatomiya, fiziologiya və reproduktiv biotexnologiya kimi sahələrlə birbaşa əlaqəlidir və baytar həkimliyə namizəd olan tələbələrin sağlam toxuma quruluşunu, inkişaf anomaliyalarını və anadangəlmə qüsurların başa düşülməsində mühüm rol oynayır.