Fiziologiya
Baytarlıq fiziologiyası bölməsi, heyvan orqanizmlərinin normal həyat fəaliyyətlərini və bu fəaliyyətləri tənzimləyən mexanizmləri araşdıran əsas elm sahəsidir. Bu fənn heyvanların sinir, əzələ, qan-damar, tənəffüs, həzm, ifrazat, endokrin və reproduktiv sistemləri kimi orqan sistemlərinin funksional quruluşları və iş prinsipləri müxtəlif növlər arasında müqayisəli şəkildə öyrədilir.
Baytarlıq fiziologiyası tədrisi nəzəri dərslərlə yanaşı laboratoriya təcrübələrilə də keçirilir. Tələbələr ürək döyüntüsü, tənəffüs sürəti, qan təzyiqi, sinir stimulyasiyası, həzm hərəkətləri kimi fizioloji prosesləri eksperimental üsullarla müşahidə etmə və ölçmə bacarıqları əldə edirlər.
Fiziologiyanın nəzəri bilikləri heyvanların sağlam həyat proseslərinin başa düşülməsi, xəstəlik əlamətlərinin analizi, müalicə planlarının qurulması və klinik tətbiqlərin əsaslandırılması baxımından baytarlıq təhsili üçün mühüm əhəmiyyət kəsb edir.
Bu fənn anatomiya və biokimya kimi digər əsas fənlərlə birlikdə, patalogiya, farmakologiya, daxili xəstəliklər və cərrahiyyə kimi klinik fənlər üçün möhkəm bir baza yaradır.