Logo
Logo
İnstitusional
Akademik
Tələbə
DilAzerbaycanca
AZ
Tarixçə

Tarixçə

Tarixçə

Tarixçə

Xəzər Universiteti 18 mart 1991-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 41 saylı qərarı ilə “Azərbaycan Universiteti” adı ilə yaradılmışdır. Universitet, ölkədə ingilis dilli ixtisaslı mütəxəssislərə olan tələbatı ödəmək məqsədilə tədris dili ingilis dili olmaqla formalaşdırılmışdır.

1992-ci ildə Universitetin Elmi Şurasının qərarı ilə “Azərbaycan Universiteti”nin adı Xəzər Universiteti olaraq dəyişdirilmişdir.

Xəzər Universiteti Hasvet Baytarlıq Fakültəsi gələcəyin baytar həkimləri və tədqiqatçıları yetişdirmək məqsədilə fəaliyyətə başlamışdır.

01.05.2025-ci il tarixində Hasvet A.Ş. ilə Xəzər Universiteti arasında əməkdaşlıq protokolu imzalanmış və Xəzər Universiteti Hasvet Baytarlıq Fakültəsinin rəsmi təsis olunması rəsmiləşdirilmişdir.

20.06.2025-ci il tarixində Hasvet Baytarlıq Fakültəsi Xəzər Universitetinin tərkibində rəsmi şəkildə tanınmış və açılışı baş tutmuşdur.

07.07.2025-ci il tarixində Hasvet tərəfindən təsis edilmiş tam təchizatlı Bakı Beynəlxalq Baytarlıq Xəstəxanası, Xəzər Universiteti Hasvet Baytarlıq Fakültəsinin Tədris və Təcrübə Xəstəxanası kimi yenidən fəaliyyətə başlamışdır.

Bu güclü akademik tərəfdaşlıq sayəsində müasir elmi yanaşmalara əsaslanan və beynəlxalq baxış bucağını vacib hesab edən bir tədris modeli tətbiq olunur. Fakültəmiz nəzəri biliklə praktik təhsili birləşdirən, innovativ yanaşma ilə dizayn edilmişdir.