Logo
Logo
İnstitusional
Akademik
Tələbə
DilAzerbaycanca
AZ
İt–Uşaq Təhlükəsiz Qarşılıqlı Əlaqəsinin Təkmilləşdirilməsində İt Bədən Dili Təliminin Rolu
Xəbərlər11 dekabr 2025

İt–Uşaq Təhlükəsiz Qarşılıqlı Əlaqəsinin Təkmilləşdirilməsində İt Bədən Dili Təliminin Rolu

İt–Uşaq Təhlükəsiz Qarşılıqlı Əlaqəsinin Təkmilləşdirilməsində İt Bədən Dili Təliminin Rolu

11 dekabr tarixində Xəzər Universiteti Hasvet Baytarlıq Fakültəsinin Baytarlıq Daxili Xəstəliklər Kafedrasının müəllimi Dr. Hilal Kurum tərəfindən Dünya IB School-da “Learn Dog Language & Become a Super Dog Detective” adlı maarifləndirici təqdimat keçirilmişdir.

Təqdimat çərçivəsində itlərin bədən dili vasitəsilə nümayiş etdirdikləri stress siqnalları, xəbərdarlıq davranışları və sakitləşdirici işarələr elmi əsaslarla izah edilmişdir. İt davranışlarının düzgün şərh edilməsinin, xüsusilə uşaq–it qarşılıqlı əlaqələrində, it dişləmələrinin qarşısının alınmasında mühüm rol oynadığı elmi tədqiqatlara istinad edilərək vurğulanmışdır. Mövcud araşdırmalar göstərir ki, it davranış dilinin erkən yaşda öyrədilməsi uşaqların itlərlə daha təhlükəsiz, özünəinamlı və şüurlu şəkildə ünsiyyət qurmasına əhəmiyyətli dərəcədə töhfə verir.

Beynəlxalq səviyyədə dekabr ayının “Xarici Dil Öyrənmə Ayı” kimi qeyd olunması ilə əlaqədar olaraq təşkil edilən tədbirdə bu konsepsiya simvolik şəkildə tətbiq edilmiş, uşaqlara “itlərin dili” öyrədilmişdir. Təlim nəticəsində iştirakçılar müşahidə və davranış analizi bacarıqları qazanaraq, itlərin davranışlarını düzgün qiymətləndirə bilən “Super Dog Detective”lər kimi formalaşmışdır.

Tədbir erkən yaşlardan heyvan rifahı şüurunun formalaşdırılması, profilaktik yanaşmaların təşviqi və elmi əsaslara söykənən təhlükəsiz insan–heyvan münasibətlərinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Qalereya

Digər Xəbərlər