Logo
Logo
İnstitusional
Akademik
Tələbə
DilAzerbaycanca
AZ
Xəzər və Ankara Universitetləri Arasında Akademik Əməkdaşlıq Protokolu
Xəbərlər02 oktyabr 2025

Xəzər və Ankara Universitetləri Arasında Akademik Əməkdaşlıq Protokolu

Xəzər Universiteti ilə Ankara Universiteti arasında Beynəlxalq Akademik Əməkdaşlıq Protokolu imzalanıb

2 oktyabrın 2025-ci il tarixində  Xəzər Universiteti ilə Ankara Universiteti arasında akademik, elmi və mədəni sahələrdə birgə fəaliyyətlərin inkişaf etdirilməsini nəzərdə tutan Beynəlxalq Akademik Əməkdaşlıq Protokolu imzalanıb.

Protokol, Xəzər Universitetinin qurucusu Professor. Direktorlar və Qəyyumlar Şurasının sədri  Hamlet İsaxanlı və Ankara Universitetinin rektoru Professor.Dr.Necdet Ünüvar tərəfindən imzalanmışdır.

İmza mərasimində Xəzər Universitetinin rektor müşaviri Professor.Dr.Tamer Dodurka, Hasvet Medikal A.Ş. şirkətinin qurucusu və İdarə Heyətinin sədri Hidayət Şimşək, Hasvet Baytarlıq Fakültəsinin dekanı Dr.Çiçək Əliyeva, Hasvet Medikal İdarə Heyətinin üzvü Yunusemre Böyükballı, Ankara Universiteti Baytarlıq Fakültəsinin dekanı Prof. Dr. Necmettin Ünal, eləcə də hər iki universitetin fakültə dekanları iştirak etmişdir.

Protokol çərçivəsində tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, elmi konfransların təşkili və akademik nəşrlərdə əməkdaşlıq nəzərdə tutulub. Xüsusilə baytarlıq və təbiət elmləri başda olmaqla müxtəlif elmi sahələrdə bilik və təcrübə mübadiləsi planlaşdırılır.

Bu əhəmiyyətli razılaşma vasitəsilə Xəzər Universiteti beynəlxalq akademik əlaqələrini daha da möhkəmləndirəcək, Ankara Universiteti ilə qurulan əməkdaşlıq isə hər iki ali təhsil müəssisəsi üçün elmi və tədris sahəsində yeni imkanlar yaradacaqdır.

 

Digər Xəbərlər