Logo
Logo
İnstitusional
Akademik
Tələbə
DilAzerbaycanca
AZ
Xəzər və Bursa Uludağ Universitetləri Arasında Akademik Əməkdaşlıq Protokolu
Xəbərlər01 oktyabr 2025

Xəzər və Bursa Uludağ Universitetləri Arasında Akademik Əməkdaşlıq Protokolu

Xəzər Universiteti ilə Bursa Uludağ Universiteti Arasında Beynəlxalq Akademik Əməkdaşlıq Protokolu İmzalanıb

1 oktyabr 2025-ci il tarixində Xəzər Universiteti ilə Türkiyənin Bursa Uludağ Universiteti arasında akademik, elmi və mədəni sahələrdə birgə fəaliyyətlərin inkişafını hədəfləyən Beynəlxalq Əməkdaşlıq Protokolu imzalanıb.

Protokol Xəzər Universitetinin qurucusu Professor. Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı və Bursa Uludağ Universitetinin rektoru Professor.Dr.Ferudun Yılmaz tərəfindən imzalanmışdır.

İmzalanma mərasimində Xəzər Universiteti rektorunun müşaviri Professor.Dr.Tamer Dodurka,  Hasvet Baytarlıq Fakültəsinin dekanı Dr. Çiçək Əliyeva və Hasvet Akademiyasının üzvü Dr. Hilal Kurum da iştirak etmişdir.

Bu protokol çərçivəsində tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat layihələri, elmi konfranslar və akademik nəşrlər sahəsində əməkdaşlıq nəzərdə tutulur. Xüsusilə baytarlıq və əsas elmlər başda olmaqla müxtəlif elmi sahələrdə bilik və təcrübə mübadiləsi planlaşdırılır.

Xəzər Universiteti bu mühüm razılaşma vasitəsilə beynəlxalq akademik əməkdaşlıqlarını gücləndirərkən, Bursa Uludağ Universiteti ilə qurulan tərəfdaşlıq hər iki ali təhsil müəssisəsi üçün elmi və tədris baxımından yeni imkanlar yaradacaqdır.

Digər Xəbərlər