Logo
Logo
İnstitusional
Akademik
Tələbə
DilAzerbaycanca
AZ
Xəzər Universitetində Hasvet Baytarlıq Təbabəti tələbələri üçün AQTA-nın nümayəndələrinin iştirakı ilə elmi-praktik görüş keçirilib
Xəbərlər27 noyabr 2025

Xəzər Universitetində Hasvet Baytarlıq Təbabəti tələbələri üçün AQTA-nın nümayəndələrinin iştirakı ilə elmi-praktik görüş keçirilib

Xəzər Universitetində Hasvet Baytarlıq Təbabəti tələbələri üçün AQTA-nın nümayəndələrinin iştirakı ilə elmi-praktik görüş keçirilib

27 noyabr 2025-ci il tarixində Xəzər Universitetinin Bakıxanov kampusunda “Baytarlıq təbabəti” ixtisası üzrə təhsil alan tələbələr üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələrinin iştirakı ilə elmi-praktik görüş keçirilmişdir.

Tədbirin açılış hissəsində Xəzər Universitetinin Hasvet Baytarlıq Təbabəti fakültəsinin dekanı vəzifəsini icra edən DVM. Çiçək Əliyeva baytarlıq təhsili sahəsində dövlət qurumları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, tələbələr üçün nəzəri biliklə praktiki təcrübənin inteqrasiyasının vacibliyini qeyd etmişdir.

Tədbir AQTA-nın Heyvan Sağlamlığı və Bioloji Təhlükəsizlik Şöbəsinin müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev, AQTA-nın Hüquq, kadr və icraya nəzarət şöbəsinin Dövlət qulluğu və kadr məsələləri sektorunun müdiri Tural Əlizadə, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Təlim Mərkəzi şöbəsinin müdiri Samir Mehralıyev və böyük mütəxəssisi Səbinə İsmayılovanın çıxışları ilə davam etdirilmişdir.

Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev baytarlıq nəzarəti, heyvan sağlamlığının qorunması və bioloji təhlükəsizlik üzrə dövlət siyasətinin prioritet istiqamətləri haqqında geniş məlumat vermişdir.

AQTA-nın nümayəndəsi Tural Əlizadə dövlət qulluğu, kadr hazırlığı, agentliyin struktur bölmələrinin fəaliyyəti və baytarlıq sahəsində insan resurslarının inkişafı barədə ətraflı məlumat təqdim etmişdir. Tədbir çərçivəsində AQTA-nın fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunmuşdur.

Qalereya

Digər Xəbərlər