Logo
Logo
İnstitusional
Akademik
Tələbə
DilAzerbaycanca
AZ
4 Oktyabr Dünya Heyvanları Qoruma Günündə Xəzər Universiteti Hasvet Baytarlıq Fakültəsi Tələbələrindən İştirak
Xəbərlər04 oktyabr 2025

4 Oktyabr Dünya Heyvanları Qoruma Günündə Xəzər Universiteti Hasvet Baytarlıq Fakültəsi Tələbələrindən İştirak

Xəzər Universiteti Hasvet Baytarlıq Fakültəsinin tələbələri 4 oktyabr – Dünya Heyvanları Qoruma Günü münasibətilə keçirilən tədbirdə iştirak ediblər

4 oktyabr – Dünya Heyvanları Qoruma Günü çərçivəsində Xəzər Universiteti Hasvet Baytarlıq Fakültəsinin tələbələri Bakı Beynəlxalq Heyvan Xəstəxanası və Fipetfood şirkətinin birgə əməkdaşlığı ilə təşkil edilən maarifləndirici tədbirdə iştirak ediblər.

Tədbir zamanı tələbələr heyvansevərlərlə bir araya gələrək qarşılıqlı fikir mübadiləsi aparmış, heyvanların hüquqlarının və rifahının qorunması istiqamətində maarifləndirmə fəaliyyətinə öz töhfələrini vermişlər.

Bu tədbir cəmiyyətin heyvanların qorunması məsələsinə diqqətinin artırılmasına, eləcə də gənc baytarların bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsinə xidmət etmişdir.

Digər Xəbərlər