
Xəzər Universiteti Hasvet Baytarlıq Tələbə Birliyi
(Future Vets)
Birlik Məqsədləri
Birlik Hədəfləri
Kommunikasiya:
Future Vets Rəsmi İnstagram hesabı
Vəzifə Təsvirləri
1. Prezident (Başkan) Birliyin ümumi rəhbərliyini öz üzərinə götürür; strateji planlaşdırmaları həyata keçirir və birlik vizionunu tətbiq edir. Birliyi təmsil edən rəsmi yazışmaları aparır və akademik/peşəkar qurumlarla əlaqəni təmin edir. Birlik komitələrinin fəaliyyətinə nəzarət edir və tədbirlərin koordinasiyasını təmin edir.
2. Vitse-Prezident (Başkan Yardımcısı) Prezident iştirak etmədikdə rəhbərliyi öz üzərinə götürür və birlik əməliyyatlarını idarə edir. Prezident ilə birlikdə layihələrin planlaşdırılması və icrasında fəal rol oynayır. Komitələr arası koordinasiyanı təmin edir və üzvlər arasında məsuliyyət bölgüsünü izləyir.
3. Baş Katib (Genel Sekreter) Birlik iclaslarının protokollarını hazırlayır və arxivləşdirir. Üzvlər arasında ünsiyyəti təmin edir və sənədlərin nizamlı şəkildə saxlanılmasından məsuliyyət daşıyır. Birlik daxili rəsmi yazışmaların vaxtında və düzgün şəkildə aparılmasını təmin edir.
4. Üzvlük və Kommunikasiya Məmuru (İletişim ve Üye İlişkileri Sorumlusu) Üzv qəbulu proseslərini planlaşdırır və icra edir. Cari üzvlərlə müntəzəm əlaqəni təmin edir; tədbirlər və layihələr haqqında məlumat verir. Üzvlərin fəal iştirakını təşviq edir və birlik bağlılığını artıracaq proqramlar hazırlayır.
5. Media Məmuru (Medya Sorumlusu) Sosial media platformalarını və birliyin veb-saytını idarə edir. Tədbir elanlarını, xəbərləri və uğur hekayələrini paylaşır. Birliyin görünürlüyünü artırmaq üçün media strategiyaları hazırlayır və tətbiq edir.
6. Tədbir Koordinatoru (Etkinlik Koordinatörü) Birlik tədbirlərini planlaşdırır, təşkil edir və icra edir. Tədbirlərin büdcəsi, məkanı, logistikası və iştirakçı idarəçiliyindən məsuliyyət daşıyır. Tədbir sonrası qiymətləndirmə hesabatları hazırlayır və gələcək tədbirlər üçün təkmilləşdirmə təklifləri verir.
7. Maliyyə İşləri Məmuru (Mali İşler Sorumlusu) Birlik büdcəsini yaradır və gəlir-xərcləri izləyir. Maliyyə hesabatları hazırlayır və maliyyə resurslarının səmərəli istifadəsini təmin edir. Sponsorluq və ianə imkanlarını dəyərləndirir.
8. Əsas Üzv (Asil Üye / Full Member) Birlik tədbirlərində fəal iştirak edir. Vəzifə bölgüsünə dəstək olur və layihələrin icrasına töhfə verir. Birlik məqsədlərinə uyğun davranış nümayiş etdirərək digər üzvlərə nümunə olur.