Xəzər Universitetində 4-cü Beynəlxalq “One Health (Vahid Sağlamlıq): Problemlər və Həll yolları” Konfransı Keçirilib
BAKI, Azərbaycan – Elmi və Təşkilat Komitələri adından, Xəzər Universitetinin ev sahibliyi ilə 28–29 noyabr 2025-ci il tarixlərində Bakı şəhərində keçirilən 4-cü Beynəlxalq “One Health: Problemlər və Həll yolları” konfransını elan etməkdən qürur duyuruq.
Artıq dördüncü ildir təşkil olunan konfrans, bu il “Planetar Sağlamlıq Sistemlərinin Dəyişməsi üçün Yerli və Regional Sistemlərin Transformasiyası” mövzusuna diqqət yetirərək mühüm bir akademik platforma rolunu oynamışdır. Builki tədbir Xəzər Universitetinin fəal üzvü olduğu Planetar Sağlamlıq Alyansının (PHA) 10 illik yubileyi ilə üst-üstə düşməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Konfransın yüksək səviyyədə təşkil olunmasında sponsorların dəstəyi xüsusi qeyd edilməlidir. “Hasvet Medikal” şirkəti tədbirə Platin Sponsor qismində dəstək vermişdir. Konfransda iştirak edən “Hasvet” Bakı Ofisinin Koordinator köməkçisi Mehmet Koçak, şirkətin bu layihəyə verdiyi töhfələrə görə təqdim olunan təşəkkür plaketini qəbul edərək “Hasvet Medikal”ı təmsil etmişdir.
Azərbaycan Tibb Universiteti, Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), İsveç Kənd Təsərrüfatı Elmləri Universiteti (LEARNSAVE Layihəsi), Qazax Milli Aqrar Tədqiqat Universiteti və Qafqaz Universitetlər Birliyi ilə birgə təşkil olunan konfrans; insan, heyvan və ətraf mühit sahəsindəki aktual çağırışları müzakirə etmək üçün aparıcı alimləri və dövlət rəsmilərini bir araya gətirmişdir.
Tədbirdə Xəzər Universitetinin Baytarlıq təbabəti fakültəsinin dekan əvəzi DVM. Çiçək Əliyeva, “İnsan və heyvan populyasiyaları arasında quduzluğun zoonotik dinamikası: Azərbaycan nümunəsi” mövzusunda təqdimatla çıxış etmişdir. Ç. Əliyeva evcil və vəhşi heyvanlar arasında quduzluq xəstəliyinin dövriyyəsinin həm ictimai, həm də baytarlıq sağlamlığı üçün yaratdığı təhlükələri vurğulamışdır. Tədqiqat işi milli hədəflərə çatmaq üçün itlərin peyvəndlənməsi, sahibsiz heyvanların idarə olunması və “Vahid Sağlamlıq” əməkdaşlığının gücləndirilməsinin vacibliyini sübut etmişdir.
Konfransın proqramı üç əsas strateji istiqamət üzərində qurulub:
- Gənclərin Potensialının Artırılması – Planetar Sağlamlıq Gənclər Liderliyi Proqramının hazırlanması;
- İcma Əsaslı Həllər – Regional təşəbbüsləri dəstəkləmək üçün İcma Fəaliyyəti Qrant mexanizminin yaradılması;
- İncəsənət və Humanitar Elmlər Dialoqu – Planetar sağlamlıq maarifləndirilməsini təşviq edən yaradıcı və rəqəmsal layihələrin dəstəklənməsi.
Sonda bütün iştirakçılara rəsmi sertifikatlar təqdim olunmuşdur. Tədbir həmçinin sponsor və sərgi iştirakçılarına öz innovativ məhsul və xidmətlərini nümayiş etdirmək üçün geniş imkanlar yaratmışdır.



