Ali təhsil və istehsalatın inteqrasiyasının gücləndirilməsi istiqamətində mühüm addım: Xəzər Universitetinin Azerbaijan Poultry Company-yə səfəri
Xəzər Universitetinin nümayəndə heyəti 2026-cı il fevralın 10-da Azerbaijan Poultry Company-
nin tərkibində fəaliyyət göstərən Ucar rayonundakı Mərcan broyler müəssisəsinə səfər etmişdir.
nin tərkibində fəaliyyət göstərən Ucar rayonundakı Mərcan broyler müəssisəsinə səfər etmişdir.
Universitetin qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlının
rəhbərliyi ilə baş tutan səfərdə Hasvet Baytarlıq Təbabəti Fakültəsinin dekan vəzifəsini icra edən
Çiçək Əliyeva, Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Dr. Fəxrəndə Əfəndiyeva,
Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekanı Dr. Günel Bahəddinova,
Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Dr. Milana Abbasova, İqtisadiyyat və
menecment fakültəsinin dekan vəzifəsini icra edən Dr. Xanım Öməroğlu, həmçinin Hasvet
baytarlıq təbabəti fakültəsinin Baytarlıq təbabəti departamentinin əməkdaşları Dr. Səbinə
Məmmədova və Nuranə Dəmirçiyeva iştirak etmişlər.
Səfər çərçivəsində nümayəndə heyəti üçün geniş infotur təşkil olunmuş, müəssisənin istehsal
infrastrukturu, quşçuluq sahəsində tətbiq olunan müasir texnologiyalar, biotəhlükəsizlik
tədbirləri və keyfiyyətə nəzarət mexanizmləri ilə yaxından tanışlıq həyata keçirilmişdir. Şirkətin
İstehsalat üzrə direktor müavini Rüstəm Qasımov və Marketinq şöbəsinin müdiri Günay Əkbər
tərəfindən müəssisənin fəaliyyəti və inkişaf strategiyası barədə ətraflı məlumat verilmişdir.
Keçirilən görüş zamanı ali təhsil ilə istehsalat sektoru arasında strateji tərəfdaşlığın qurulması və
inkişaf etdirilməsi məsələləri geniş müzakirə edilmişdir. Görüşdə təhsil və istehsalatın vəhdətinin
təmin olunması, nəzəri biliklərin praktik mühitdə tətbiqinin gücləndirilməsi, tələbələr üçün
sistemli və davamlı istehsalat təcrübəsi proqramlarının təşkili, birgə elmi-tədqiqat və innovativ
layihələrin icrası, həmçinin mütəxəssis mübadiləsi prioritet istiqamətlər kimi müəyyən
edilmişdir.
Tərəflər kənd təsərrüfatı və quşçuluq sənayesinin davamlı inkişafı baxımından yüksək ixtisaslı
mütəxəssislərin hazırlanmasının strateji əhəmiyyət daşıdığını vurğulamış, akademik biliklərlə
real istehsalat təcrübəsinin inteqrasiyasının zəruriliyini qeyd etmişlər.
Görüş qarşılıqlı anlaşma və əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi niyyəti ilə
yekunlaşmışdır. Bu səfər ali təhsil müəssisəsi ilə sənaye sektoru arasında uzunmüddətli və
səmərəli tərəfdaşlığın formalaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.



