Xəzər Universitetində “Cərrahi praktikada rəqəmsal dövr və xəstəyə xas implant” mövzusunda elmi seminar keçirilmişdir
Xəzər Universitetinin Hasvet Baytarlıq Təbabəti fakültəsində Baytarlıq təbabəti ixtisası üzrə təhsil alan tələbələr üçün fakültənin müəllimi eyni zamanda Hasvet Anonim şirkətinin əməkdaşı, tanınmış mütəxəssis Prof. Dr. Barış Kürüm tərəfindən “Cərrahi praktikada rəqəmsal dövr və xəstəyə xas implant” mövzusunda elmi seminar təşkil olunmuşdur.
Seminar zamanı Prof. Dr. Barış Kürüm baytarlıq cərrahiyyəsində rəqəmsallaşmanın aktuallığını vurğulayaraq 3D modelləşdirmə və fərdiləşdirilmiş implantların hazırlanmasının müasir kliniki yanaşmalarda yaratdığı üstünlüklər haqqında geniş məruzə ilə tələbələr qarşısında çıxış etmişdir.



